Qazaxıstan geologiya sahəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qazaxıstan geologiya sahəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır

13:09 - 08 / 02 / 2017
Qazaxıstan geologiya sahəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır

Qazaxıstan geologiya sahəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır.

Bu fikir Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Geologiya və Yeraltı Sərvətlərin İstifadəsi Komitəsinin sədri Bazarbay Nurabayevlə keçirdiyi görüşdə səsləndirilib.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında geologiya sahəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Səfir Xəzər dənizinin ölkələrimizi ayıran deyil, əksinə birləşdirən dəniz olduğunu qeyd edərək, keçmiş SSRİ dövründə Qazaxıstanın neft yataqlarının kəşfiyyatı, hasilatı və ümumiyyətlə, neft sənayesinin qurulması və inkişafında azərbaycanlı mütəxəssislərin verdikləri töhfədən danışıb.

Bazarbay Nurabayev səfirin fikirləri ilə razılaşaraq, geologiya sahəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib və Xəzər regionunun geoloji tərkibi ilə bağlı xəritənin hazırlanmasında azərbaycanlı mütəxəssislərin təcrübəsindən faydalanmağın vacibliyini vurğulayıb.

Səfir Rəşad Məmmədov Bazarbay Nurabayevi Azərbaycana səfər etməyə dəvət edib və qarşı tərəf dəvəti məmnuniyyətlə qəbul edib.

AZƏRTAC

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər