Bakıda sulu qar, rayonlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sulu qar, rayonlarda qar yağacaq

14:16 - 08 / 02 / 2017
Bakıda sulu qar, rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 9-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal  küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 3-6, Bakıda gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 9-da arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

1news.az

 

Paylaş:
899

Son xəbərlər

Bütün xəbərlər