Kibercinayətkarlıq dünya iqtisadiyyatına 450 milyard dollar ziyan vurub | 1news.az | Xəbərlər
Dünya

Kibercinayətkarlıq dünya iqtisadiyyatına 450 milyard dollar ziyan vurub

17:05 - 08 / 02 / 2017
Kibercinayətkarlıq dünya iqtisadiyyatına 450 milyard dollar ziyan vurub

2016-cı ildə kibercinayətkarlıq fəaliyyəti nəticəsində dünya iqtisadiyyatına dəyən ziyanın məbləği 450 milyard dollar təşkil edib, 2 milyard fərdi məlumat oğurlanıb.

1news.az ICTnews-a istinadən xəbər verir ki, bu barədə “Hiscox” sığorta şirkətinin kibercinayətkarlığın iqtisadiyyat və biznesə təsirinə həsr edilən hesabatında deyilir. Tədqiqat çərçivəsində mütəxəssislər 3 min Böyük Britaniya, Almaniya və ABŞ şirkətinin rəyini öyrənib.

Ötən il respondentlərin yarıdan çoxunun (57 faiz) bir dəfə, 42 faizinin iki və daha çox kiberhücuma məruz qalması məlum olub. Bundan əlavə, şirkətlərin 53 faizi hücumların dəf edilməsi üçün kifayət qədər hazırlıqlı olmayıb. Rəyi soruşulanların yalnız 30 faizi kiberhücumlarla lazımi səviyyədə mübarizəyə hazırdır.

Kiberinsidentlərə səbəblər kimi respondentlər kənar kiberhücumları (42 faiz), tədarükçülərə edilən hücumları (27 faiz) və smartfon və planşet kimi qurğuların itirilməsi və ya oğurlanmasını (25 faiz) göstəriblər.

Hesabata görə, ötən il böyük kiberhücumlardan dəyən ziyanın orta məbləği Almaniyanın kiçik biznes şirkətləri üçün təxminən 22 min avro, böyük ABŞ şirkətləri üçün 100 min dollar təşkil edib.

Xatırladaq ki, ekspertlərin proqnozlarına görə, 2017-ci ildə banklara kiberhücumların sayı 2016-cı illə müqayisədə 30 faiz yüksələcək, kibercinayətkarlar tərəfindən oğurlanan vəsaitlərin məbləği iki dəfə artacaq.

1news.az

Paylaş:
946

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər