Azərbaycanda iki mehmanxanaya dərəcə sertifikatları verilib
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.
1news.az-ın məlumatına görə, Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
Cari ilin fevral ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan iki mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.
1. “Qalaaltı Hotel & Spa” - 5 ( beş) ulduz
2. “Joyy Hotel & Spa” - 4 (dörd) ulduz
Qeyd edək ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb. Təsnifatdan keçmiş mehmanxanaların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
http://mct.gov.az/upload/1486554083ulduz-alan-mehmanxanalar.pdf
1news.az