Təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb

14:52 - 09 / 02 / 2017
Təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb

Bu ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 9 min 593 yeni abonent qeydiyyata alınıb.

1news.az-ın Birliyə istinadən verdiyi xəbərə görə, bunun da 5 min 732-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 3 min 861-i isə digər regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 14 min 551-ə çatıb.

Fevralın 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 409 məscid və dini məbədə təbii qazdan pulsuz istifadə üçün limit ayrılıb.

1news.az

 

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər