Türkiyə “Avro-2024”ə ev sahibliyi edə bilər | 1news.az | Xəbərlər
Dünya

Türkiyə “Avro-2024”ə ev sahibliyi edə bilər

17:07 - 11 / 02 / 2017
Türkiyə “Avro-2024”ə ev sahibliyi edə bilər

Türkiyə 2024-cü ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, 2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş Türkiyə o zaman mübarizəni bir səslə uduzmuşdu.

2020-ci ildə qitə çempionatının bütün Avropaya yayılması səbəbindən imtina edilmişdi.

“Avro-2024”ü təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir.

1news.az

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər