“Fərat qalxanı” əməliyyatlarında 2 mindən çox terrorçu öldürülüb
Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında İŞİD terror təşkilatının 174 obyektinə zərbə endirib.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu barəədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Məlumata görə, son sutka ərzində 42 İŞİD üzvü zərərsizləşdirilib.
Qeyd edək ki, ümumulikdə, “Fərat qalxanı” əməliyyatları çərçivəsində ümumilikdə Suriyada 1875 kvadrat metr ərazi terrorçulardan təmizlənib, 2000-dən çox silahlı zərərsizləşdirilib.
1news.az
848