Ərdoğan: “Əl-Bab mühasirəyə alınıb, növbəti hədəf İŞİD-in “paytaxtı” Rəqqadır” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “Əl-Bab mühasirəyə alınıb, növbəti hədəf İŞİD-in “paytaxtı” Rəqqadır”

16:33 - 12 / 02 / 2017
Ərdoğan: “Əl-Bab mühasirəyə alınıb, növbəti hədəf İŞİD-in “paytaxtı” Rəqqadır”

Suriyanın İŞİD terror qruplaşması tərəfindən işğal olunmuş Əl-Bab şəhəri mühasirəyə alınıb və Türkiyə ordusu və onun müttəfiqlərinin növbəti hədəfi İŞİD-in “paytaxt” adlandırdığı Rəqqa şəhəridir.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda Əl-Bab tamamilə mühasirəyə alınıb və şəhərdə döyüşlər gedir:

“Strateji cəhətdən əhəmiyyətli olan şəhər xəstəxana kompleksinin terrorçulardan təmizlənməsindən sonra, şəhərin tam olaraq azad olunması yaxın zamanın məsələsidir. Terrorçular şəhəri tərk edirlər”, - deyə o bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə Suriyada 4-5 min kvadrat kilometrlik təhlükəsizlik zonasının yaradılması üçün əlindən gələni edir.

1news.az

Paylaş:
995

Son xəbərlər

Bütün xəbərlər