Hamburq aeroportu yenidən açılıb, aviareyslər bərpa olunub | 1news.az | Xəbərlər
Dünya

Hamburq aeroportu yenidən açılıb, aviareyslər bərpa olunub

18:21 - 12 / 02 / 2017
Hamburq aeroportu yenidən açılıb, aviareyslər bərpa olunub

Hamburq aeroportu yenidən sərnişinləri qəbul etməyə başlayıb, aviareyslər bərpa olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hamburq aeroportunun təmsilçisi məlumat verib.

Qeyd edək ki, bu gün polis naməlum maddənin sızması ilə əlaqədar aeroportun bütün terminallarından insanları evakuasiya edib. 50-dən çox insan xəsarət alıb. Xəsarət alanlar öskürək, çətin nəfəs almaq və gözlərinin yaşarmasından şikayətləniblər. Aeroportda aviareyslər yerli vaxtla  saat 12.30-dan (Bakı vaxtı ilə saat 15.30)  saat 13.45-ə (Bakı vaxtı ilə 16.45) qədər dayandırılıb. İlkin məlumata görə, naməlum maddə aeroportun kondisioner sistemindən sızıb.

1news.az

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər