Türkmənistanda prezident seçkiləri keçirilib | 1news.az | Xəbərlər
Dünya

Türkmənistanda prezident seçkiləri keçirilib

20:23 - 12 / 02 / 2017
Türkmənistanda prezident seçkiləri keçirilib

Bu gün Türkmənistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07.00 (saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 19.00) başa çatıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq. Seçkidə seçicilərin yarıdan çoxunun səsini toplayan namizəd prezident seçiləcək.

Qeyd edək ki, hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Seçkilərdə seçici fəallığı 97.27 faiz olub.

1news.az

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər