Yunanıstanda İkinci Dünya müharibəsindən qalan bomba zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Dünya

Yunanıstanda İkinci Dünya müharibəsindən qalan bomba zərərsizləşdirilib

10:19 - 13 / 02 / 2017
Yunanıstanda İkinci Dünya müharibəsindən qalan bomba zərərsizləşdirilib

Fevralın 4-də Yunanıstanın Saloniki şəhərindəki yanacaqdoldurma məntəqələrindən birində tapılan və İkinci Dünya müharibəsinə aid 250 kiloqram çəkisi olan aviasiya bombası dünən zərərsizləşdirilib.

Bomba yerin altından çıxarılıb və partlama mexanizmi dayandırılıb. İkinci mərhələdə bombanı təhlükəsiz yerə aparmaq nəzərdə tutulur. Bombanın tapıldığı ərazidən 72 min sakin təxliyə edilib.

Aparılan araşdırmalardan sonra məlum olub ki, bomba 1943-cü il dekabrın 5-də İngiltərə aviasiyası tərəfindən limanda və vağzalda yerləşən alman məntəqələrinin üzərinə atılıbmış.

Gazeta.ru

Paylaş:
793

Son xəbərlər

Bütün xəbərlər