Akademik Milli Dram Teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə yollanacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Milli Dram Teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə yollanacaq - FOTO

12:35 - 13 / 02 / 2017
Akademik Milli Dram Teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə yollanacaq - FOTO

Fevralın 14-də Akademik Milli Dram Teatrının kollektivi “Vəsiyyət” tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanacaq.

Teatrın mətbuat xidmətindən 1news.az-a verilən məlumata məlumata görə, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən tamaşa Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda teatrsevərlər üçün nümayiş olunacaq.

İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran) və Münəvvər Əliyeva, aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli və aktyor Rövşən Kərimduxt (Bayram), əməkdar arstistlər Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə
Həsənova və Fəridə Şahbazova (Delisay) əməkdar artist Aslan Şirin və aktyor Ramin Şıxəliyev (Timur) çıxış edirlər.

Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edir.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

1news.az

 

Paylaş:
617

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”10 / 11 / 2024, 17:27Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTO10 / 11 / 2024, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28
Bütün xəbərlər