Gələcəyin batareyaları sudan hazırlanacaq | 1news.az | Xəbərlər
Dünya

Gələcəyin batareyaları sudan hazırlanacaq

22:00 - 14 / 02 / 2017
Gələcəyin batareyaları sudan hazırlanacaq

“Samsung Galaxy Note 7” smartfonu (bu model çoxsaylı alışma səbəbindən bazardan geri çağırılıb) ilə məlum hadisələrdən sonra təhlükəsiz enerji mənbələrinin yaradılması üzərində işlər fəallaşıb.

1news.az ICTnews-a istinadən xəbər verir ki, Harvard Universitetindən olan alimlər komandası, məsələn, su məhlulları əsasında axın batareyası düzəldiblər.

Üzvi elektrolit və ferrosendən ibarət su məhlulu əsasında hazırlanmış yeni konstruksiyada əvvəlki çatışmazlıqlar aradan qaldırılıb. Alimlər elektrolitlərin tərkibində istifadə olunan molekulyar məhlulları dəyişərək onları suda həll olunan formaya salıblar.

Nəticədə alimlər “pH” neytral göstəricisinə malik qeyri-aqressiv maddələrlə doldurulmuş batareya hazırlayıblar. Yeni elementlər gec xarab olur.

Yeni batareyaların istehsalı və texniki xidməti litium-ion batareyalarla müqayisədə ucuz başa gəlir. Ekspertlərin fikrincə, bu, alternativ qurğularda (günəş və külək stansiyaları) enerjinin toplanılması üçün əla vasitədir.

1news.az

Paylaş:
679

Sizin üçün xəbərlər

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər