İlham Əliyev iranlı həmkarına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev iranlı həmkarına başsağlığı verib

09:43 - 05 / 05 / 2017
İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

1news.az

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər