“Samsung Galaxy S8 və S8+ inanılmaz dərəcədə təhlükəsiz | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Samsung Galaxy S8 və S8+ inanılmaz dərəcədə təhlükəsiz

11:06 - 11 / 05 / 2017
“Samsung Galaxy S8 və S8+ inanılmaz dərəcədə təhlükəsiz

Yəqin ki “casus” filmlərində belə bir səhnəni çoxları görüb, mühafizə olunan sistemə giriş ancaq göz rəsminin bazada tapılması ilə mümkün olur.

Yeni Samsung Galaxy S8 və S8+ ilə bu artıq realdır. Koreya istehsalçısının yeni flaqmanları 8 MP ön kameranın yanında yerləşən göz skaneri ilə təchiz olunub. Gözün qüzehli qişasının özünəməxsus təkraredilməz rəsmi var. Bu rəsm, insanda 18 aya qədər formalaşır və bizimlə ömrün axırına qədər dəyişilməz olaraq qalır. Əlavə olaraq, qeyd etmək lazımdır ki, qüzehli qişa hətta əkizlərdə belə fərqlənir. Barmaq izlərini toxunduğumuz hər səthin üzərində qoyuruq, bu o deməkdir ki, barmaq izini təkrarlamaq asandır, amma gözün qüzehli qişasını - xeyr.

Bununla bərabər, yaş və ya çirklənmiş barmaqları tanımaqda cihazlar da çətinlik çəkir. Amma gözün qüzehli qişasını saxtalaşdırmaq mümkün olmadığından və gözlərin içəridən çirklənmə ehtimalı olmadığından, cihaz sahibinə bütün hallarda autentifikasiyadan istifadə etmək daha asandır və təhlükəsizdir. Bu skaner smartfonda “bloku” açmağa, Samsung hesabının doğrulamağa, veb-saytlara və əlavələrə giriş etməyə imkan yaradır.

Lakin, skaner təkcə gözünün rəsmini çəkmir, o “bir göz qırpımında” bir neçə yoxlama aparır.Təcrübədə  hər şey istiqamətləndirilmiş yaxın spektrli infraqırmızı şüalar ilə başlayır.Gün işığından fərqli olaraq, kameranın infraqırmızı şüa ilə işıqlanmış qüzehli qişanın rəsmini daha asan seçməsindən, autentifikasiyaya bu növ işiqlanma daha uyğundur. Bundan əlavə, bu növ skaner qaranlıqda da işləyə bilir.  Həmçinin, göz skanerinindən hətta şəffaf eynək və linzalardan istifadə edənlər də yararlana bilərlər. Qüzehli qişanın rəsmi qeydə alınandan sonra, xüsusi alqoritm bu rəsmi koda çevirərək, mövcud baza ilə müqayisə edir.

Növbəti skaner üz skaneridir. Ümumi hesabla Galaxy S8 və S8+  üç biometrik skaner ilə təchiz olunub. “Üzdən tanıma” funksiyasında, smartfonun ön kamerası iştirak edir. Samsung- un sözlərinə görə, istifadəçinin üzü ön kameradan uzaq məsafədə olsa belə, bu skaner smartfonu dərhal açmağa imkan verir (0.1 saniyəyə).  İstifadə qaydası da çox asandır, sadəcə telefonu üzünüzə selfi çəkirmiş kimi yaxınlaşdırın və ön kamera sizi dərhal “tanıyacaq”. Skaneri şəkillə və hətta “əkizlə də” aldatmaq mümkün deyil, smartfon sahibini hətta papaqda və ya digər baş örtüyündə də tanıya bilir.

Üz skaneri smartfonun kilidini açmaq üçün istifadə olunur və PİN-kodu, parolu və ya qrafik kodu əvəz edir.

Və mühafizənin son həddi – hər kəsə tanış olan barmaq izi skaneridir. Barmaq izi skaneri arxaya, 12 MP-lik əsas kamera ilə bir səthə köçürülüb. Barmaq izi skaneri üçün bu, əla yerləşmədir, çünki indi smartfonu kiliddən çıxarmaq üçün əlinizə götürmək kifayətdir.

Keçmiş versiyadan 10% güclü olan Samsung Exynos 8895 prosessoru və 4 GB RAM sayəsində smartfonlar, donmadan “kilid açmanın” öhdəsindən əla gəlirlər.

64 GB-lıq daxili yaddaşla sevdiyiniz musiqiyə qulaq asın, film yükləyin, bütün şəraitlərdə çəkilişə davam edin (hətta günün qaranlıq vaxtı və avtomobil gəzintisində belə), çünki, Samsung Galaxy S8 və S8+ ilə imkanlar “sərhədsizdir”.  Flaqmanların xüsusiyyət və funksiyalarının tam siyahısı ilə elə bu gündən “Baku Electronics”, “İrshad Telecom”, “İntegral”, “Kontakt Home” və “Soliton” mağazalar şəbəkəsində yaxından tanış olmaq mümkündür.

Reklam hüququnda

Paylaş:
918

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər