Azərbaycanda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

12:40 - 11 / 05 / 2017
Azərbaycanda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Azərbaycanda bir gündə iki nəfər elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

1news.az-ın Daxili işlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hər iki hadisə mayın 10-da qeydə alınıb.

Belə ki, Biləsuvar rayonunun Ovçubərə kəndində 3 yaşlı Mürsəl Ağayev evlərində, Ağstafa rayonunun Qırlı kəndində Tapdıq Süleymanov isə evinin həyətində elektrik cərəyanının vurması nəticəsində ölüblər. 

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Babək Cahandarov

Paylaş:
829

Son xəbərlər

Bütün xəbərlər