Bank of Baku İnternet Bankçılıq xidmətini yeni funksiyalarla təkmilləşdirir
Bank of Baku, internet bankçılıqdan istifadə edən həm fiziki, həm də hüquqi müştərilərinin rahatlığını təmin edəcək növbəti yeniliklərini təqdim edir.
70.000 nəfərdən çox şəxsin əməliyyatlarını daha rahat və sürətli şəkildə etmələrinə şərait yaradan internet bankçılıq təqdim etdiyi yeni istifadə imkanları ilə onların işini bir az daha asanlaşdıracaq.
İnternet bankçılığın təkmilləşdirilməsi istiqamətində aparılan mühüm işlərin nəticəsi olaraq aşağıdakı 3 əsas yeniliyi xüsusilə qeyd etmək lazımdır:
1.SWIFT çıxarışın onlayn əldə olunması – müştərilər hesablar üzrə həyata keçirdikləri əməliyyatların çıxarışını Banka gəlmədən, internet bankçılıq vasitəsilə onlayn olaraq əldə edə bilərlər. Ödəniş haqqında bu çıxarışı həm mədaxil, həm də məxaric olunan bütün hesablar üzrə almaq mümkündür. Çıxarışda ödəməni həyata keçirən və alan şəxsin və ya qurumun adı, ünvanı, ödəniş məbləği və tarixi öz əksini tapır.
2.Rekvizitlərin alınması – cari hesablar bölməsində olan istənilən hesabın rekvizitini indi internet bankinq istifadəçiləri çox rahat şəkildə özləri ala bilərlər. Bunun üçün cari hesablardan birinə keçib, rekvizitlər düyməsinə basmaq kifayətdir. Rekvizitlərin e-poçta göndərilməsi də mümkündür.
3.Geri dönüş imkanlı bizimlə əlaqə bölməsi – bizimlə əlaqə bölməsi daha da təkmilləşdirilərək istifadəçilərdən daxil olan sual və müraciətlərin həmin gün ərzində cavablandırılmasına xidmət edir. Belə ki, xidmətdən istifadə edən şəxslər, səhifəni tərk etmədən bankla əlaqə qura və müraciətlərinə cavab ala bilərlər. Müraciətlərini müxtəlif istiqamətlər üzrə ünvanlayacaq müştərilərlə qısa zaman ərzində geri əlaqə saxlanılaraq, lazımi dəstək göstəriləcəkdir.
Yuxarıda qeyd olunanlarla yanaşı, xatırladaq ki, Bank of Baku-nun əmək haqqı kartlarından istifadə edən korporativ müştərilər əməkdaşlarının aylıq məvacibini banka gəlmədən internet bankçılıq vasitəsilə köçürə bilərlər.
Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya fliala müraciət etməklə qoşulmaq olar.
Xidmətin təqdim etdiyi istifadə imkanları və üstünlükləri haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi