“Fitch” ABB-nin reytinqini məhdud defolt səviyyəsinədək endirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Fitch” ABB-nin reytinqini məhdud defolt səviyyəsinədək endirib

21:01 - 24 / 05 / 2017
“Fitch” ABB-nin reytinqini məhdud defolt səviyyəsinədək endirib

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, qısamüddətli reytinq “C” səviyyəsindən “RD” səviyyəsinədək salınıb.

Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.

Bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxlanılıb. Banka verilən dəstək “5” səviyyəsində təsdiqlənib.

Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. “Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.

S.Xankişiyeva

Paylaş:
893

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər