Fransa hökuməti istefaya gedib | 1news.az | Xəbərlər
Dünya

Fransa hökuməti istefaya gedib

1news Redaksiyası22:35 - 19 / 06 / 2017
Fransa hökuməti istefaya gedib

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələrinə görə istefaya gedib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı açıqlamada bildirilir.

Prezident Emmanuel Makron hökumətin istefasını qəbil edib. Fransada parlament seçkilərindən sonra hökumətin istefası qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir.

Prezident Makronun “İrəli, Respublika” hərəkatının inamlı qələbəsini nəzərə alaraq yeni hökumətin yaxın günlərdə minimal yerdəyişmələrlə yenidən qurulması gözlənilir.

1news.az

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər