Bakıda Musiqi Bayramı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Musiqi Bayramı keçiriləcək

10:28 - 29 / 06 / 2017
Bakıda Musiqi Bayramı keçiriləcək

Dünyanın 120 ölkəsində və 30 ildir ki, Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı yenidən Bakıda.

1news.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən xəbərə görə, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.

Tədbir iyulun 1-də Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Hard Rock Cafe və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçiriləcək.

Proqram:

16.00 - YARAT MÜASİR İNCƏSƏNƏT MƏRKƏZİ

Vəfa Qədirova (səs), Taleh Qəhrəmanov (gitara), Aydan Yusupzadə (piano);

Les Gamins.

18.00 - PARIS BISTRO

Əli İbrahimzadə;

Albina;

Ahmedowsky trio;

Milan Məmmədov

 

20.00 - İÇƏRİ ŞƏHƏR, YAY Qalereyasının qarşısı

Les Gardiens du Silence;

Todo Band.

22.00 - HARD ROCK CAFE

Radio & Video band.

S.Xankişiyeva

Paylaş:
790

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər