Azərbaycan taekvandoçusu Koreyada keçirilən dünya çempionatının qalibi olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan taekvandoçusu Koreyada keçirilən dünya çempionatının qalibi olub

19:06 - 30 / 06 / 2017
Azərbaycan taekvandoçusu Koreyada keçirilən dünya çempionatının qalibi olub

Cənubi Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasının təşkil etdiyi dünya çempionatı başa çatıb.

1news.az-ın Azərbaycan Taekvondo Federasiyasına istinadən verdiyi xəbərə görə, 24-30 iyun tarıxlərində keçirilən mundiala 12 idmançı ilə qatılan milli komandamızın üzvləri bu çempionatda bir qızıl və bir bürünc medal qazanıb.

Yarışın son günü mübarizəyə qatılan Milad Beigi Hərçəqani Milad qarşılaşdığı rəqibləri nigerli Djibo Bagna Kadrı  (30:9), yapon idmançı Hidenori Ebatanı (18:7), ispaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Komandamızın liderlərindən olan M.Hərçəqani həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Cooka şans verməyib (41:5). Finalda isə rusiyalı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edən Milad fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  

Yarımfinala yüksələn Məhəmməd Məmmədov (-63 kq) isə yarmfinal döyüşündə iranlı Mihashem Hosseiniə 5:6 hesabı ilə məğlub olaraq dünya çempionatının bürünc mükafatına layiq görülüb.

“G12”kateqoriyalıçempionatın əvvəlki yarış günlərində Qaşım Maqomedov (54), Sina Bahrami (74 kq), Fizam Mehdiyev (58 kq), Ayxan Tağızadə (68 kq), Radik İsayev (87 kq-dan yuxarı), Ramin Əzizov (87 kq), qadınların mübarizəsində isə Safiye Polat (46 kq), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizədən məğlub ayrılaraq yarışı erkən başa vurublar.

Babək Cahandarov

Paylaş:
997

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər