ABŞ-da atışma, azı 17 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da atışma, azı 17 nəfər yaralanıb

20:11 - 01 / 07 / 2017
ABŞ-da atışma, azı 17 nəfər yaralanıb

ABŞ-ın Arkanzas ştatında gecə klubunda baş vermiş atışma nəticəsində azı 17 nəfər yaralanıb.

1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yaralılardan birinin vəziyyətinin kritik olduğu bildirilir. İnsident nəticəsində yaralananlardan ən kiçiyinin 16 yaşı var.

Yerli KİV-lərin məlumatına görə, atışma Litl Rok şəhərindəki “Power Lounge” klubunda baş verib.  

Hadisənin mübahisə zəminində baş verdiyi və terrorla heç əlaqəsinin olmadığı qeyd olunur.

1news.az

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər