Gəncədə qəza, bir ailənin 6 üzvü xəsarət alıb | 1news.az | Xəbərlər
Dünya

Gəncədə qəza, bir ailənin 6 üzvü xəsarət alıb

13:25 - 02 / 07 / 2017
Gəncədə qəza, bir ailənin 6 üzvü xəsarət alıb

Bu gün Gəncə şəhərinin qərb çıxışında avtomobil maneəyə çırpılıb, bir ailənin üzvləri xəsarət alıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun Göygöl rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“20 DB 687” dövlət nömrə nişanlı “Şevrolet-Avea” markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirən zaman idarəetmədən çıxıb və avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü, həyat yoldaşı, anası və 3 övladı müxtəlif dərəcəli bədən xəsarəti alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Sürücü Əliyev Anar və iki övladı yüngül, sürücünün anası 1952-ci il təvəllüdlü Əliyeva Nazilə, sürücünün həyat yoldaşı 1982-ci  təvəllüdlü Əliyeva Sevinc, övladı 2005-ci il təvəllüdlü Əlizadə Nuranə ciddi xəsarət alıblar. 

 Faktla bağlı araşdırma aparılır. 

1news.az

 

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər