Tatarıstanda avtobusun qəzası: 14 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Tatarıstanda avtobusun qəzası: 14 nəfər ölüb

13:00 - 02 / 07 / 2017
Tatarıstanda avtobusun qəzası: 14 nəfər ölüb

Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 15 nəfər xəsarət alıb.

1news.az-ın “RİA Novosti”yə  istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin rəhbərinin köməkçisi Elvira Qazizova bildirib.

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.

Avtobusun salonunda 27 sərniş olub.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər