Havanın temperaturu 42 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 42 dərəcəyə qədər artacaq

13:15 - 03 / 07 / 2017
Havanın temperaturu 42 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 4-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-27, gündüz 34-39, Bakıda gecə  23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75,  gündüz 35-45 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25, Türkan, Hövsan, Sahil, Şıxda  25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 4-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz  28-33 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər