Dənizdən batmış kişi cəsədi çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdən batmış kişi cəsədi çıxarılıb

11:18 - 05 / 07 / 2017
Dənizdən batmış kişi cəsədi çıxarılıb

Xəzər dənizində dünən batmış kişinin cəsədi çıxarılıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, 04.07.2017-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonunda dənizdə batmış 1996-cı il təvəllüdlü Orxan Eldar oğlu Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Babək Cahandarov

Paylaş:
745

Son xəbərlər

Bütün xəbərlər