Dronlar yük maşınlarını əvəz edəcək
Dünyada ildən-ilə maraqlı “ağıllı” qurğuların sayı artmaqdadır və robot texnikasının inkişafı ilə robotların daha da müasirləşməsi prosesi gedir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, isveçli mühəndislər artıq 2020-ci ilə sürücüsüz və operatorsuz işləyən yük avtomobillərinin istehsalını planlaşdırırlar.
Layihəyə görə, avtomatlaşdırılmış “T-pod” avtomobilləri telemetrik ötürücülər, çoxsaylı kamera izləyiciləri və avtomatlaşdırılmış proqramı olan kompüter vasitəsilə işləyəcək.
Həmçinin 18 ton yükdaşıma qabiliyyətinə malik avtomobillər xüsusi akkumulyatorla qidalanaraq, 200 kilometrədək məsafə qət edəcəklər.
1news.az
580