İyunda SOCAR tərəfindən 10450 metr qazma işi həyata keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

İyunda SOCAR tərəfindən 10450 metr qazma işi həyata keçirilib

23:38 - 06 / 07 / 2017
İyunda SOCAR tərəfindən 10450 metr qazma işi həyata keçirilib

2017-ci ilin iyun ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10450 metr qazma işi həyata keçirilib.

SOCAR-dan 1news.az-a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 10111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73789 metr qazma işi görülüb ki, bunun da 68007 metri istismara, 5782 metri isə kəşfiyyata aid olub.

2017-ci ilin iyun ayında qazmadan alınmış 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

1news.az

Paylaş:
800

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər