Putin: “Prezident Trampla Suriya və Ukrayna məsələlərini müzakirə etdik” | 1news.az | Xəbərlər
Dünya

Putin: “Prezident Trampla Suriya və Ukrayna məsələlərini müzakirə etdik”

22:15 - 07 / 07 / 2017
Putin: “Prezident Trampla Suriya və Ukrayna məsələlərini müzakirə etdik”

“ABŞ prezidenti Donald Trampla ilk görüşümüzdə Suriya və Ukraynadakı vəziyyəti müzakirə etdik”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Bizim çox uzunsürən danışıqlarımız oldu. Suriya və Ukraynadakı vəziyyətlə yanaşı digər mövzular ətrafında müzakirə apardıq, o cümlədən ikitərəfli münasibətlər, terrorizmlə mübarizə və kibertəhlükəsizlik məsələləri ilə bağlı”, deyə V.Putin bildirib. 

1news.az

Paylaş:
1052

Son xəbərlər

Bütün xəbərlər