Rabitəbank-ın manat kartları ilə xaricdə 0% komissiya ilə ödəniş et | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rabitəbank-ın manat kartları ilə xaricdə 0% komissiya ilə ödəniş et

11:15 - 07 / 07 / 2017
Rabitəbank-ın manat kartları ilə xaricdə 0% komissiya ilə ödəniş et

“Rabitəbank” ASC-dən  tətilə hazırlaşan və ölkə xaricindən onlayn alış-veriş edən müştərilərinə sevindirici xəbər var.

İyulun 5-dən sentyabrın 15-dək Rabitəbank-ın AZN valyutalı plastik kartları ilə xaricdə olarkan və xarici internet saytlarından alış-veriş edərkən ödənişlər 0% konvertasiya ilə aparılacaq. Konvertasiya əməliyyatı isə Mərkəzi Bankın məzənnəsilə yerinə yetiriləcək. Bu yay tətili Rabitəbank müştəriləri üçün daha sərfəli olacaq.  

Rabitəbank müştərilərinə Master Card və VISA ödəniş sistemlərinin Black, Platinum, Gold, Business, Standard və Classik kimi geniş ceşiddə debet və kredit kartlarını təqdim edir. Həmçinin Rabitəbank-ın kredit kartları ilə hər ödəniş üzrə 30 günlük 0%-lik güzəşt müddəti tədbiq edilir.

Sahibkarlıq fəaliyyətilə məşğul olan müştərilər üçün bank “BizKart” məhsulunu təqdim edir. Bu kart vasitəsilə biznes fəaliyyətilə məşğul olan sahibkar fiziki və hüquqi şəxslər şəxsi bizneslərini daha rahat şəkildə idarə edə bilərlər. “BizKart”  birbaşa sahibkar hesabına bağlı olduğundan o, sahibkarlara öz hesablaşma hesabı üzrə plastik kartların üstünlüklərindən faydalanmaq imkanı yaradır.

Əgər hələ də Rabitəbank-dan plastik karta sahib deyilsinizsə o zaman bankın ən yaxın filialına yaxınlaşaraq, yaxud da http://www.rabitabank.com/az/private_clients/plastic_cards linkinə daxil olaraq kartınızı onlayn sifariş edə bilərsiniz.  

Daha ətraflı məlumatı 133 məlumat mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.   

Paylaş:
939

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər