Tillerson "Cənub Qaz Dəhlizi" barədə danışıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tillerson "Cənub Qaz Dəhlizi" barədə danışıb

12:10 - 10 / 07 / 2017
Tillerson "Cənub Qaz Dəhlizi" barədə danışıb

“Nəhəng enerji layihələrinin marşrutlarının kəsişməsində yerləşən Türkiyə enerji təhlükəsizliyinin təmin olunması baxımından ABŞ-ın ən ciddi tərəfdaşlarından biridir".

1news.az  xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” və “EastMed” (İsrail-Kipr-Yunanıstan-İtaliya) kimi layihələr Avropanın enerji mənbələrini şaxələndirməyə imkan verəcək və enerji təhlükəsizliyini gücləndirəcək.

“Bu layihələr Avropanın qaz mənbələrinin diversifikasiyasına yönəlib", - deyə R. Tillerson qeyd edib.

1news.az

Paylaş:
1024

Son xəbərlər

Bütün xəbərlər