Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

17:56 - 11 / 07 / 2017
Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu “Mingəçevir Tekstil” MMC-dir.

MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur.

Artıq fabriklərin inşasına başlanıb.

Nazirlikdən bildiriblər ki, belə müəssisələrin yaradılması yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Babək Cahandarov

Paylaş:
1945

Son xəbərlər

Bütün xəbərlər