Azərbaycan yığmasının üzvünün ölümü ilə bağlı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan yığmasının üzvünün ölümü ilə bağlı cinayət işi açılıb

18:14 - 13 / 07 / 2017
Azərbaycan yığmasının üzvünün ölümü ilə bağlı cinayət işi açılıb

İyulun 4-də Binəqədi qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun yaşadığı evin həyətində olan turnikdən özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu barədə Bakı şəhər prokurorluğundan 1news.az-a daxil olan məlumatda qeyd olunub. Məlumata görə, R.Dünyamalıyevin meyitinin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasion şırımdan başqa hər hansı xəsarət aşkar olunmayıb.

Hadisə yerinə baxış zamanı meyitin yanında aşkar edilmiş mərhuma məxsus “Samsung” markalı mobil telefona baxış zamanı telefonun ismarıclar bölümündə fon şəkilində özünə qəsd edəcəyi ilə bağlı hamıdan üzr istəməsi barədə anası, bacısı, məşqçiləri və bibisinə ünvanlanmış müraciət müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibb, məhkəmə-psixoloji eskpertizaları təyin edilib, R.Dünyamalıyevin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, R.Dünyamalıyev valideynləri və bacısı ilə birlikdə yaşadığı ünvanda səhər saatlarında evdə tək olmasından istifadə edərək intihar edib. Araşdırmalarla həmçinin müəyyən edilib ki, sağlığında R.Dünyamalıyevlə amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmayıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R.Dünyamalıyev sambo üzrə Azərbaycan yığmasının üzvü olub.

Babək Cahandarov

Paylaş:
771

Son xəbərlər

Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01
Bütün xəbərlər