Türkiyədə “15 İyul – Milli İradənin Yüksəlişi” adlı foto-sərgi təşkil ediləcək – FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə “15 İyul – Milli İradənin Yüksəlişi” adlı foto-sərgi təşkil ediləcək – FOTO

10:04 - 13 / 07 / 2017
Türkiyədə “15 İyul – Milli İradənin Yüksəlişi” adlı foto-sərgi təşkil ediləcək – FOTO

Ötən ilin iyulun 15-dən 16-na keçən gecə Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) həyata keçirdiyi hərbi çevrilişə cəhddən bir il ötür.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, qanlı hadisələrin ildönümü münasibətilə ölkənin 81 bölgəsində “15 İyul - Milli İradənin Yüksəlişi” adlı foto-sərgi təşkil ediləcək.

Qeyd edək ki, Türkiyədə 2016-cı ilin iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Mövzu ilə əlaqədar oxuyun:

Türkiyədə dövlət çevrilişinə cəhd – FOTOlarda

İstanbulun Boğaziçi körpüsünün yeni adı 15 İyul Şəhidləri oldu

S.Xankişiyeva

Paylaş:
1176

Son xəbərlər

Bütün xəbərlər