Mosulun qərbində yenidən şiddətli döyüşlər başlayıb | 1news.az | Xəbərlər
Dünya

Mosulun qərbində yenidən şiddətli döyüşlər başlayıb

23:11 - 13 / 07 / 2017
Mosulun qərbində yenidən şiddətli döyüşlər başlayıb

Mosulun qərb hissəsindəki bir neçə rayonda hökumət qüvvələri ilə İŞİD terror qruplaşmasının yaraqlıları arasında yenidən döyüşlər başlayıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün xüsusən Aş-Şahvan və Al-Maydan rayonlarında silahlı toqquşmalar şiddətlənib, bir neçə hərbçi yaralanıb. Döyüşlərin artıq üç gündür davam etməsinə baxmayaraq, güc strukturları bu rayonlarda irəliləyə bilmirlər. Onların köməyinə könüllülər gəlir. Hərbçilərə, eyni zamanda, havadan döyüş və kəşfiyyat uçuşları həyata keçirən helikopterlər kömək göstərir.

Yaraqlılar ölkənin böyüklüyünə görə bu ikinci şəhərini üç ildən çox idi ki, öz əllərində saxlayırdı. İraqın Baş naziri Heydər əl-Abadi iyulun 10-da Mosulda İŞİD üzərində qələbə qazanıldığını rəsmən elan edib. Hərbi əməliyyatların komandanı, ABŞ generalı Stiven Taunsend isə bildirib ki, şəhərin yaraqlılardan təmizlənməsi daha bir neçə həftə çəkəcək.

Şəhərdə humanitar böhran fəlakət həddinə çatıb. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, ötən ilin oktyabrından bəri davam edən hərbi əməliyyatlar səbəbindən Mosulun 1 milyon 34 min sakini məcburi köçkünə çevrilib. Onların 821 min nəfərindən çoxu hələ də evlərinə qayıda bilmir.

1news.az

Paylaş:
881

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər