BƏƏ-dən Əl-Cəzirə ilə bağlı bəyanat | 1news.az | Xəbərlər
Dünya

BƏƏ-dən Əl-Cəzirə ilə bağlı bəyanat

12:22 - 13 / 07 / 2017
BƏƏ-dən Əl-Cəzirə ilə bağlı bəyanat

Birləşmiş  Ərəb Əmirliklərinin xarici əlaqələr üzrə dövlət naziri Anvar Qarqaş Əl- Cəzirə kanalı ilə bağlı bəyanat verib.

1news.az-a BƏƏ-nin ölkəmizdəki səfirliyindən daxil olan bəyanatda deyilir ki, Əl- Cəzirə terrorçu qrupları, zorakılığı  dəstəkləyir, həmçinin şəbəkənin jurnalistlərinin hazırladıqları proqramda məzhəbçiliyin, anti-semitizmin yayılması halları təşfiq edilir:

“Hər şeydən əvvəl onu xatırlatmaq vacibdir ki,  söz və ifadə azadlığı hüququnun qorunması əhəmiyyətli olsa da, bu, mütləq deyil. Beynəlxalq hüquqa əsasən milli təhlükəsizlik və ictimai asayişin qorunması üçün hüquqa məhdudiyyətlər qoyulur.

İfadə azadlığından ekstremist vasitələrin təbliğatını və qorunmasını təmin etmək üçün istifadə edilə bilməz. Terroristlər və onların tərəfdarlarının mətbuat və yeni texnologiyalardan ekstremist ideologiyaları yaymaq, mobilizasiya etmək, maliyyələşməni artırmaq məqsədi ilə istifadə etməsi beynəlxalq ictimaiyyəti daha ayıq-sayıq olmağa təşviq  edir”.

Bəyanatda vurğulanıb ki, beynəlxalq hüquq terror aktlarına təhriki qadağan edir:

“Bu texnologiyalardan istifadə ilə bağlı olan  təhdidlər, düşmənçilik, zorakılıq və ayrı-seçkiliyə təhrik edilməsi halları şişirdilə bilməz.

Bununla belə mən qeyd etmək istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası  terror aktlarına təhrik hallarını güclü şəkildə qınayıb və gələcədə terror aktlarına səbəb ola biləcək cəhdləri rədd edib”.

Pərvanə Sultanova

Paylaş:
963

Son xəbərlər

Bütün xəbərlər