Əbu Bəkr əl-Bağdadi sağdır - RƏSMİ | 1news.az | Xəbərlər
Dünya

Əbu Bəkr əl-Bağdadi sağdır - RƏSMİ

20:38 - 16 / 07 / 2017
Əbu Bəkr əl-Bağdadi sağdır - RƏSMİ

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi sağdır və Suriya ərazisində gizlənir.

1news.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və Antiterror xidmətinin rəisi Əbu Əli Basri bəyan edib.

“Bağdadi sağdır və Suriya ərazisində, Rakka əyalətindən kənarda gizlənir”, deyə İraq rəsmisi bildirib.

Qeyd edək ki, ötən ayın ortalarında Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

1news.az

 

Paylaş:
1118

Son xəbərlər

Bütün xəbərlər