Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində baş verən yanğın söndürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində baş verən yanğın söndürülüb - FOTO

22:42 - 17 / 07 / 2017
Bakı-Quba yolunun Şabran rayonundan keçən  hissəsində baş verən yanğın söndürülüb - FOTO

İyulun 17-də, saat 16 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın güclü külək nəticəsində sonradan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yol kənarındakı “terras” adlanan ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, naməlum səbəbdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Yanğının əhatə etdiyi ərazi hündür yamaclıqdan ibarət olduğundan əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın saat 18-30 radələrində söndürülüb. İlkin hesablamalara görə, yanğın ətrafdakı bələdiyyə torpaqlarında xeyli sahəni əhatə etsə də, meşə torpaqlarına aid təxminən 15 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb, ağaclara ziyan dəyməyib.

Yanğının yol kənarından keçən vətəndaşların odla ehtiyatsız davranması səbəbindən baş verməsi ehtimal edilir. Yanğının baş vermə səbəbinin dəqiqləşdirilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması üçün araşdırmalara başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır. ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, meşələrimizi və yaşıllıqları qorumağa çağırır.

1news.az

Paylaş:
726

Son xəbərlər

Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19
Bütün xəbərlər