Günə limonlu su ilə başlamağın bilmədiyimiz faydaları | 1news.az | Xəbərlər
Cəmiyyət

Günə limonlu su ilə başlamağın bilmədiyimiz faydaları

23:43 - 17 / 07 / 2017
Günə limonlu su ilə başlamağın bilmədiyimiz faydaları

Xalq arasında “gündə bir limon yeyilən evə həkim gəlməz” deyə bir ifadə də mövcuddur. Soyuqdəymə, təzyiqin qalxması zamanı və bir çox yeməklərdə, şirniyyatlarda limonun istifadəsi hər kəsə məlumdur. Bu dəfə isə hər gün səhər-səhər bir stəkan limonlu su içməyin faydaları haqqında bilmədiklərimizi öyrənək.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, limon suyu həzm sistemini yaxşılaşdırır, ötən gündən qalan lazımsız qida qalıqlarının orqanizmdən xaric edilməsinə yardımçı olur. Bədəndəki mineralları balanslaşdırır.

Limon suyu görmə qabiliyyətini gücləndirir. Tərkibindəki “C” vitamini və antioksidantlar sayəsində gözləri “sarı nöqtə” – makula degenerasiyası və katarakta xəstəliyindən qoruyur.

Cildi yumşaldır. Cildin yumşaqlığı üçün gün ərzində çoxlu su içmənin vacibliyini hər kəs bilir. Limon isə cilddəki qara nöqtə və qırışların qarşısını alır. Limon qaraciyərin ən yaxın dostu sayılır. Toksinlərin orqanizmdən xaric edilməsində qaraciyərin işini asanlaşdırır və zərərli bakteriyaları məhv edir.

Limon orqanizm üçün gərəkli olan kaliumla çox zəngindir. Kalium insan orqanizmində ən çox yayılmış üçüncü mineraldır. İmmunitet sistemini gücləndirir. Hər gün limon suyu içənlərin içməyənlərə nisbətən soyuqdəymə və zökəmə tutulma riski dəfələrlə azdır. C vitamini ilə zəngin olan limon viruslara qarşı ən effektiv müdafiəçi rolunu oynayır.

Metabolizmanı sürətləndirir. Limon suyu təbii yollarla arıqlama vasitəsi kimi ekspertlər tərəfindən təklif olunur. Belə ki, limon aclıq hissini aparır və metabolizmanı sürətləndirir, bədənin pH səviyyəsini tənzimləyir. Hər səhər insanların günə enerji ilə başlamaq üçün qəhvə içmək istəklərini önləyir. Limon stresslə mübarizədə əvəzsiz vasitələrdən sayılır.

Lakin limon suyu hər kəs üçün müsbət təsir göstərməyə bilər. Diabet xəstələri, mədəsində qastrit, xora olan insanlar, aşağı təzyiq və qanazlığından əziyyət çəkənlər üçün əks təsirə səbəb olur. Limonun normadan çox istifadəsi diş əti qanamalarına, təzyiqin, qan şəkərinin sürətlə düşməsinə, diş minasının aşınmasına və nəticədə dişlərin isti-soyuq yeyəcək və içəcəklərə qarşı həssaslığına, böyrəklərdə idrar istehsalının artması ilə orqanizmdən su və natriumun tez-tez xaric olunmasına səbəb olur.

1news.az

Paylaş:
644

Son xəbərlər

Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01
Bütün xəbərlər