Aydın Əliyev: Türk sahibkarlar bəzən vergidən yayınmağa çalışır

Bəzi hallarda türk sahibkarlar Azərbaycanda mal tədarükü zamanı vergi ödəməkdən yayınmağa çalışırlar.
1news.az trend-ə istinadla xəbər verir ki, bunu Bakıda türk sahibkarlarla görüşən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyev qeyd edib ki, bir sıra hallarda sahibkarlar vergi ödəməkdən yayınmaq üçün ikili invoysa əl atırlar.
Görüşdə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci də iştirak edir.
1news.az
738