Ermənistan hökuməti birgə qoşun qrupuna dair sazişin ratifkasiyasına baxacaq | 1news.az | Xəbərlər
Dünya

Ermənistan hökuməti birgə qoşun qrupuna dair sazişin ratifkasiyasına baxacaq

17:14 - 18 / 07 / 2017
Ermənistan hökuməti birgə qoşun qrupuna dair sazişin ratifkasiyasına baxacaq

Ermənistan hökuməti iyulun erməni-rus birgə qoşun qrupunun yaradılması haqqında sazişin təsdiq edilməsinə baxacaq.

1news.az “aysor.am”a istinadla xəbər verir ki, hökumətin iclası iyulun 20-da baş tutacaq.

Bundan sonra qanun layihəsi parlamentə göndəriləcək.

Qeyd edək ki, iyulun 14-də Rusiya Dövlət Duması 30 noyabr 2016-cı ildə Moskvada imzalanmış birgə qoşun qrupunun yaradılmasına dair sazişi ratifikasiya edib.

Pərvanə Sultanova



 

Paylaş:
849

Son xəbərlər

Bütün xəbərlər