FHN: Nazirliyin ləğv olunacağı və rəhbərliyin istefası barədə məlumatlar əsassızdır | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Nazirliyin ləğv olunacağı və rəhbərliyin istefası barədə məlumatlar əsassızdır

19:54 - 18 / 07 / 2017
FHN: Nazirliyin ləğv olunacağı və rəhbərliyin istefası barədə məlumatlar əsassızdır

“İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb”.

1news.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

“Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır”, - deyə mətbuat xidmətindən bildirilib.

FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.

1news.az

Paylaş:
900

Son xəbərlər

Bütün xəbərlər