Mixail Qusman İtaliyanın ali ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mixail Qusman İtaliyanın ali ordeni ilə təltif edilib

09:07 - 18 / 07 / 2017
Mixail Qusman İtaliyanın ali ordeni ilə təltif edilib

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, fərmanı İtaliya Prezidenti Sergio Mattarella imzalayıb.

Mixail Qusman bu ali mükafata “Rusiya vətəndaşlarının müasir İtaliya siyasəti haqqında məlumatlandırılmasındakı böyük töhfələrinə, xüsusən İtaliyanın müsbət obrazının və Rusiya-İtaliya münasibətlərinin formalaşdırılmasında dəstəyinə görə” layiq görülüb.

Ali dövlət mükafatı olan “İtaliya Respublikası qarşısında xidmətlərə görə” ordeni 1951-ci ildə köhnə kral təltifləri əvəzinə təsis edilib. Bu orden xalq qarşısında ədəbiyyat, incəsənət, iqtisadiyyat, xeyriyyəçilik, ictimai və humanitar sahələrdə xidmətlərə görə təqdim edilir. Ordenin müxtəlif dərəcələri ilə, həmçinin kosmonavt Valentina Tereşkova, musiqiçilər Mstislav Rastropoviç və Valeri Georgiyev, Ermitajın rəhbəri Mixail Piotrovski, Dünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko təltif ediliblər.

Təntənəli mükafatlandırma mərasimi 2017-ci il sentyabrın 25-də İtaliyanın Moskvadakı səfirliyində keçiriləcək.

Qeyd edək ki, Mixail Qusman 1950-ci il yanvarın 23-də Bakıda anadan olub. 1995-ci ildən TASS agentliyində işləyir. 1999-cu ildə agentliyin baş direktorunun birinci müavini təyin edilib. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi və ədəbiyyat və incəsənət sahəsində Rusiyanın Dövlət Mükafatı laureatıdır. Rusiyanın dördüncü dərəcəli “Vətənə xidmətə görə”, “Şərəf” və “Dostluq” ordenləri, “Kazanın 1000 illiyi münasibətilə” medalı, həmçinin Azərbaycanın “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif edilib.

AZƏRTAC-ın kollektivi həmyerlimiz Mixail Qusmanı bu ali mükafat münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni nailiyyətlər və yaradıcılıq uğurları arzu edir.

S.Xankişiyeva

Paylaş:
597

Son xəbərlər

Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19
Bütün xəbərlər