Ermənistanda “Sasna çrer”ə dəstək aksiyası keçirilib - VİDEO
Ermənistanda “Sasna çrer” qruplaşmasına dəstək məqsədilə izdihamlı mitinq keçirilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bir il əvvəl bu günlərdə silahlı qrupun üzvləri səhər tezdən Yerevanın Erebuni rayonunda polis-patrul alayını ələ keçirib. Onlar iki həftə qaldıqdan sonra, iyulun 31-də hüquq-mühafizə orqanlarına təslim olublar.
Nümayişdə müxalifətin siyasi liderləri də iştirak edib.
“Erkir çirani” partiyasının rəhbəri Zarui Postancan bildirib ki, bir il əvvəl başlayan əməliyyat indi olmayan müstəqil və azad Ermənistana aparacaqdı: "Qalan nə varsa bizdən və cəmiyyətimizdən asılıdır”.
O deyib ki, hazırkı hakimiyyət xarici düşmən qədər təhlükəlidir və cəmiyyət bunu başa düşdü. Sorğular da göstərir ki, insanlar üsyan vasitəsilə bizim uğura nail ola biləcəyimizi ideyasını bölüşürlər.
"Təsis parlamenti"nin üzvü Alek Eniqomşyan isə bildirib ki, Ermənistanda bu vəziyyətdən çıxmağı, rejimdən yaxa qurtarmağı, sistemin dəyişilməsini təmin edən başqa bir yol göstərəcək heç bir siyasi qüvvə yoxdur.
Qeyd edək ki, polis-patrul alayının tutulması zamanı üç polis əməkdaşı ölüb.
Pərvanə Sultanova