Keçmiş məhkumdan silah və narkotik maddə götürüldü

Polis əməkdaşları məhkumluq həyatı yaşamış şəxsi yenidən saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Faiq Hüseynovdan nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng, 15 ədəd patron və 30 qram tiryək götürülüb.
Babək Cahandarov
561