Bakıda dənizdə batan iki nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dənizdə batan iki nəfər xilas edilib

21:49 - 19 / 07 / 2017
Bakıda dənizdə batan iki nəfər xilas edilib

Bakıda dənizdə batan 2 nəfər xilas edilib.

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
795

Son xəbərlər

Bütün xəbərlər