Mingəçevir sakini su anbarında çimərkən boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevir sakini su anbarında çimərkən boğulub

10:53 - 19 / 07 / 2017
Mingəçevir sakini su anbarında çimərkən boğulub

Mingəçevirdə bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Babək Cahandarov

Paylaş:
766

Son xəbərlər

Bütün xəbərlər