Elmar Məmmədyarov Türkmənistanın XİN rəhbəri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Türkmənistanın XİN rəhbəri ilə görüşüb

11:05 - 19 / 07 / 2017
Elmar Məmmədyarov Türkmənistanın XİN rəhbəri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Dördüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Rəşid Meredov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməkdən məmnunluğunu ifadə edərək, görüş zamanı faydalı müzakirələr aparıldığını dedi. Həmçinin yaxın zamanda Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedovun Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırdı.

Görüşdə Azərbaycan və Türkmənistan xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin Azərbaycan Respublikası ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olundu.

İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması və beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində dialoqun və əməkdaşlığın davam etdirilməsində tərəflərin maraqlı olduğu vurğulandı.

İki ölkə hökumətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə nazirlik və təşkilatlararası birbaşa əlaqələrin və səfər mübadilələrinin canlandırılmasının vacibliyi qeyd olundu.

Siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə ikitərəfli əməkdaşlığın təşviqinə yardım edən parlamentlərarası əlaqələrin daha da inkişafının əhəmiyyəti vurğulandı.

Həmçinin nəqliyyat və energetika sahəsində əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə İşçi Qrupların səfər mübadiləsi razılaşdırıldı və müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə edildi.

Görüşdə iki ölkənin beynəlxalq məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü və əksər hallarda bənzər olduğu diqqətə çatdırıldı.

Həmçinin Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti 5-ci iclasının keçirilməsinin vacibliyi qeyd edildi.

Azərbaycan və Türkmənistanın turizm sahəsində böyük potensiala malik olduğunu nəzərə alaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinin qeyd edildi.

S.Xankişiyeva

Paylaş:
816

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər