“Rabitəbank” ASC-nin kapitalı əlavə 20 milyon artırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Rabitəbank” ASC-nin kapitalı əlavə 20 milyon artırılacaq

12:05 - 19 / 07 / 2017
“Rabitəbank” ASC-nin kapitalı əlavə 20 milyon artırılacaq

İyulun 14-də “Rabitəbank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilərək bankın nizamnamə kapitalının əlavə 20 milyon manat artırılması barədə qərar  qəbul olunub.

Cari ilin may ayında “Rabitəbank” ASC səhmdar kapitalını 40 milyon manat artıraraq 88,5 milyon manata çatdırıb. Bankın səhmdarlarının 14 iyul, 2017-ci il tarixində keçirilən  yığıncağında qəbul edilən kapitalın artımı barədə qərar yerinə yetirildikdən sonra “Rabitəbank” ASC-nin səhmdar kapitalının 108,5 milyon manat həcmində olması planlaşdırılır.

14 iyul, 2017-ci il tarixinə “Rabitəbank”-ın aktivləri 698 milyon manat, məcmu kapitalı isə 105 milyon manat təşkil edib.

Hazırda “Rabitəbank” 22 filial şəbəkəsilə ölkə ərazisində müştərilərə xidmət göstərir.

Daha ətraflı məlumatı 133 məlumat mərkəzinə zəng vuraraq və ya bankın www.rabitabank.com saytına daxil olmaqla əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər