ABŞ senatorunda beyin şişi tapılıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ senatorunda beyin şişi tapılıb

09:10 - 20 / 07 / 2017
ABŞ senatorunda beyin şişi tapılıb

Senator Con Makkeyndə beyin şişi aşkar edilib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, həkimlər 80 yaşlı siyasətçiyə beyin xərçəngi diaqnozu qoyublar.

Xəstəlik Con Makkeynin gözündə əməliyyat aparılarkən müəyyən olunub. Müalicənin həm kimya terapiyası, həm də şüalandırma yolu ilə aparıla biləcəyi qeyd olunur. Təhlillər göstərib ki, senatorda qlioblastoma – beynin ilkin şişi xəstəliyi var. Bu xəstəlik əsasən kişilərdə müəyyən olunur və yaşla özünü göstərir.

Con Makkeyn 2008-ci ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olub, lakin seçkilərdə Barak Obamaya qalib gələ bilməyib. O, 5 il Vyetnam əsirliyində keçirib, işgəncələrə məruz qalıb, 1973-cü ildə azad edilib.

Makkeynin qəfil xəstəliyinə prezident Donald Tramp Twitter-də reaksiya verib, onun mübariz insan olduğunu yazıb. Sabiq prezident Barak Obama da Makkeyni Amerika qəhrəmanı adlandırıb.

S.Xankişiyeva

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər